Rusiya bu raketlərlə hücum edərsə, sağ qalacağıq?

Bu barədə "Myśl Polska" qəzetinin analizində qeyd edilib.
"Mövcud vəziyyəti nəzərə alaraq çox açıq sual vermək lazımdır: Polşa və onun sakinləri ölkə ərazisində yerləşdirilmiş Amerika nüvə silahlarına Rusiyanın nüvə başlıqlı raketlərinin kütləvi hücumundan sonra necə olacaq? Polşa necə görünəcək? Biz xalq olaraq sağ qala bilərikmi?" - məqalədə bildirilib.
Qeyd edək ki, Polşa Prezidenti Duda “Fakt” qəzetinə müsahibəsində bildirib ki, lazım gələrsə, Polşa NATO-nun nüvə başlıqlarını ölkə ərazisində yerləşdirməyə hazırdır.