Finlandiya Ukraynaya uzunmüddətli hərbi və maliyyə yardımı göstərəcək

Bildirilib ki, Finlandiya Ukraynaya uzunmüddətli hərbi və maliyyə yardımı göstərəcək, həmçinin siyasi, maliyyə, humanitar və islahatlar sahələrində Kiyevlə əməkdaşlığı dərinləşdirəcək.
Finlandiya Ukraynaya enerji sektorunu bərpa etməyə, sərhəd və mühüm infrastrukturun mühafizəsini gücləndirməyə və Ukrayna hərbçilərinin müalicəsinə kömək edəcək.
Məlumata görə, saziş 188 milyon avro həcmində maliyyə dəstəyini nəzərdə tutur.(UNIAN)