Paşinyan Qazaxın kəndlərindən DANIŞDI - Təmas xəttini sərhədlə əvəz etmək istəyirik

Paşinyan Qazaxın kəndlərindən DANIŞDI - Təmas xəttini sərhədlə əvəz etmək istəyirik  “Biz təmas xəttini sərhədlə əvəz etmək istəyirik".

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Voskepar kəndinin (Azərbaycanın Əskipara kəndinə bitişik kənd) sakinləri ilə görüşdə deyib

O əlavə edib ki, Azərbaycanla danışıqlar zamanı sərhədyanı kəndlərin sakinlərinin təhlükəsizliyinə təminat kimi məsələlər öz həllini tapacaq.

Qeyd edək ki, Azərbaycanın Qazax rayonunun 7 kəndi (4 bitişik, 3 eksklav) və Sədərək rayonunun 1 kəndi (eksklav Kərki kəndi) Ermənistanın nəzarəti altındadır.(Sputnik Armenia)
Geri qayıt