“PUA satışında zirvədəyik” - Ərdoğan

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra deyib.
“Ötən il təkcə bu ixracatın məbləği 1,8 milyard dollar olub. 2024-cü ilin ilk iki ayında 633 milyon dollarlıq ixracat rəqəmi ilə müdafiə və aerokosmik sektorda yeni rekord əldə etmişik”, - Türkiyə lideri qeyd edib.