Texas ştatı ABŞ-dən ayrıla bilər

Texas ştatı ABŞ-dən ayrıla bilər Texasda seçkili vəzifəyə namizədlərin çoxu ştatın ABŞ-dən ayrılmasını müdafiə edənlərdir.

Bu barədə Texasın “Dallas Morning News” qəzeti yazıb.

Materialın müəllifləri ABŞ-də bir çox ştatları növbəti prezident seçkiləri üçün nümayəndələr təyin edəcəyi “Super çərşənbə axşamı”nın yaxınlaşması ilə bağlı həyəcan təbili çalırlar.

“Bəzi namizədlər Texasın məlum müstəqillik istəyinin tərəfdarıdırlar və ştatın ABŞ-dən ayrılmasını dəstəkləyirlər. “Texası geri qaytaraq” istəyinə imza atan namizədlərin sayı həyəcan vericidir.

Bu öhdəlik, seçilmiş vəzifəyə namizədin Texasın maraqlarını ABŞ-nin maraqlarından üstün tutacağı və ştatın Birləşmiş Ştatlardan ayrılması ilə bağlı referendum qanun layihəsini təşviq edəcəyi vədini ehtiva edir”,- məqalədə qeyd olunub.
Geri qayıt