Paşinyan Münhenə getdi

Bunu Ermənistan Baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan deyib.
“Hökumət başçısı Münhen Təhlükəsizlik Konfransının rəsmi açılış mərasimində iştirak edəcək. Beynəlxalq forum çərçivəsində həmkarları ilə ikitərəfli görüşlər də nəzərdə tutulub”, - o bildirib.
Qeyd edək ki, konfransda Azərbaycan Prezidenti İlham Əliyevin də iştirakı planlaşdırılır.