ABŞ-də helikopter qəzası - 6 nəfər öldü

ABŞ-də helikopter qəzası - 6 nəfər öldü
ABŞ-nin Kaliforniya ştatının Nipton şəhərində Nevada sərhədi yaxınlığında göyərtəsində altı nəfərin olduğu “Eurocopter EC 130” helikopteri qəzaya uğrayıb.

Bu barədə NBC televiziyası ABŞ-nin Federal Aviasiya Administrasiyasına istinadən məlumat verib.

Məlumata görə, hadisə nəticəsində sağ qalan tapılmayıb.

Federal Aviasiya Administrasiyası və ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası qəza ilə bağlı araşdırmalara başlayıb.
Geri qayıt