Qaçqına çevrilən ukraynalıların sayı açıqlandı

Bunu BMT-nin Qaçqınlar üzrə ali komissarı Filippo Qrandi bildirib.
O, beynəlxalq ictimaiyyəti Ukraynaya dəstəyi davam etdirməyə çağırıb:
“Müharibə zamanı təxminən 6,3 milyon insan Ukraynadan gedib, daha 3,7 milyon insan isə Ukraynanın döyüşlərdən uzaq başqa bölgəsinə köçüb. Qaçqınların sayı 10 milyon nəfərdir. Bu da demək olar ki, ölkə əhalisinin dörddə birini təşkil edir”.