HƏMAS rəsmiləri danışıqlar üçün Misirə gedir

Dünya

 
Fələstinin radikal HƏMAS hərəkatının yüksəkvəzifəli nümayəndələrindən ibarət heyəti bu gün Misirə səfər etməyi planlaşdırır.

Bu barədə məlumatı “France-Presse” agentliyi yayıb. 

Nümayəndə heyətinə hərəkatın siyasi bürosunun sədri İsmail Hania başçılıq edir. 

HƏMAS nümayəndələrinin Misirə səfər zamanı Qəzza zolağında atəşkəs və anklavda saxlanılan girovların sərbəst buraxılması məsələlərini müzakirə edəcəyi gözlənilir.