Erməni hərbçilər azərbaycanlılarla yaxın günlərdə dəyişdiriləcək - Simonyan
- 12-12-2023, 14:41
- 363
Bunu İrəvanda keçirdiyi brifinqdə Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.
"Biz bu mübadilənin tezliklə baş verəcəyini ümidlə gözləyirik", - A.Simonyan vurğulayıb.
Onun sözlərinə görə, İrəvan və Bakının əldə etdiyi razılaşma dəyişməyib, proses davam edir.
Xatırladaq ki, dekabrın 7-də Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı birgə açıqlama yayıb. Açıqlamada tərəflər arasında bir sıra razılığın əldə edildiyi bildirilib.
Razılaşmaya əsasən, Azərbaycan 32 erməni hərbçini, Ermənistan öz növbəsində 2 azərbaycanlı əsgəri azad edəcək.