Aman Tuleyev vəfat etdi
- 20-11-2023, 08:43
- 472
Bu barədə Kemerovo vilayətinin rəhbəri Sergey Tsivilev bildirib.
"1997-2018-ci illərdə Kemerovo vilayətinin qubernatoru olmuş, parlaq, qeyri-adi insan, bütün həyatını Kuzbasa və Rusiyaya xidmətə həsr etmiş Aman Qumiroviç Tuleyev vəfat edib. Bu, ağır itkidir. Regionumuzun həyatında bütöv bir dövr Aman Qumiroviçlə bağlıdır", - o qeyd edib.
Xatırladaq ki, A.Tuleyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 may 2014-cü il tarixli sərəncamı ilə Azərbaycan ilə Rusiya Federasiyası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edilib.