Bu gün Ər-Riyadda Ərəb-İslam birgə sammiti KEÇİRİLƏCƏK
- 11-11-2023, 09:32
- 695
Bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Bəyanatda bildirilir ki, Qəzza zolağında baş verən müstəsna halları nəzərə alaraq, Səudiyyə Ərəbistanı Krallığı ilə Ərəb Dövlətləri Liqası və İslam Əməkdaşlıq Təşkilatı arasında aparılan məsləhətləşmələrdən sonra bu gün Ər-Riyadda fövqəladə Ərəb-İslam sammitinin keçirilməsi qərara alınıb.
Ərəb Liqası Şurasının fövqəladə iclasının ən yüksək səviyyədə keçirilməsi təşəbbüsü Səudiyyə Ərəbistanı rəhbərliyinə və Fələstin Prezidenti Mahmud Abbasa məxsusdur.