İran prezidenti Səudiyyə Ərəbistanına səfər edəcək

Dünya

İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi noyabrın 12-də Ər-Riyadda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının sammitində iştirak edəcək.

Toplantının gündəmi İsrail və HƏMAS arasındakı müharibə olacaq.

Bu, iki dövlət arasında 2023-cü ilin yazında səkkiz il əvvəl kəsilmiş diplomatik münasibətləri bərpa etmək barədə razılığa gəldikdən sonra İran liderinin Səudiyyə Ərəbistanına ilk səfəri olacaq.