Hamburqda buna görə uçuşlar dayandırıldı
- 5-11-2023, 10:30
- 318
Hava limanının birinci terminalının ərazisində silahlı şəxs aşkar edilib - onu avtomobildə görüblər. Bundan sonra şübhəli şəxs avtomobilin köməyi ilə təhlükəsizlik səddini aşaraq təyyarənin texniki xidmət sahəsinə daxil olub.
Hava limanının rəhbərliyi hava limanında fəaliyyətini dərhal dayandırmaq qərarına gəlib, gələn bütün reyslər alternativ yerlərə yönləndirilib.