"Rusiyanın müharibədən başqa çarəsi yox idi" - Putin
- 3-11-2023, 18:21
- 323
Bunu Rusiya Prezidenti Vladimir Putin İctimai Palatanın yeni tərkibi ilə görüşündə deyib.
O vurğulayıb ki, bu gün baş verən hadisələrin açarı məhz budur: "Bu gün Rusiya Donbassda və Novorossiyada hələ də öz tarixini, dəyərlərini, mədəniyyətini və dilini müdafiə edir. Niyə biz bir müqəddəs kimi Aleksandr Nevskiyə belə pərəstiş edirik? Məhz bu seçim üçün idi - o, rus xalqını, sonra isə nəhəng ölkəmizin ərazisində yaşayan bütün xalqları qorumaq haqqında düşünürdü. Bir çox cəhətdən eyni şey baş verir".