"Qəzza zolağına hücumların sayını artırırıq" - İsrail
- 22-10-2023, 12:00
- 491
Bunu İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Həcəri deyib.
"Hücumlarımızı intensivləşdirəcəyik, potensial itkilərimizin sayını azaldacağıq, bu gündən etibarən zolağa hücumların sayını artırırıq, buna görə də Qəzza zolağının şimalındakı sakinlərin cənubuna evakuasiya etməyə çağırdıq. Bir daha vurğulamaq istəyirəm: bizim məqsədimiz Qəzza zolağıdır. Bu vəzifəni bizim qarşımıza siyasi rəhbərlik qoyub. Digər tərəfdən, biz həmişə Yaxın Şərqdə mövcud olan bütün təhlükələrə baxırıq. Bu gün çoxlu hadisələr baş verir, özümüzü müdafiə edirik və hücum edirik", - deyə Həcəri qeyd edib.