ABŞ-ın yeni sanksiyaları “Qazprom”un böyük layihələrini dayandıracaq
- 11-07-2017, 13:51
- 143 920
İstisna edilmir ki, yeni sanksiyalar qüvvəyə minəndən sonra Allseas şirkəti “Türk axını”nda işlərdən imtina edə bilər. Bu halda digər podratçılar çətin ki, onun yerini tutmağa razılıq versin. Belə olduqda “Qazprom” boru kəmərlərinin tikintisini öz gücü hesabına başa çatdırmalı olacaq.
Rusiya şirkətlərinə qarşı yeni sanksiyaları nəzərdə tutan qanun layihəsi ABŞ Senatı tərəfindən bu ilin iyun ayında dəstəklənib. Hazırda layihə ABŞ Konqresinin Nümayəndələr Palatasında müzakirə edilir.