Ukraynaya bu vaxta kimi yardım edəcəyik - Polşa

Dünya

Polşa əvvəlki müqavilələrə əsasən Ukraynaya silah göndərməkdə davam edir.

Bunu Polşanın Baş naziri Mateuş Moravetski deyib.

Onun sözlərinə görə, Polşa indi Ukraynaya yalnız müqavilə bağladığı silahları verir:

"Çünki biz özümüz istehsal və tədarük yolu ilə ordumuzu gücləndiririk, başqalarını Ukraynaya silah ötürməyə təşviq edirik. Ukrayna məsələsində amerikalılarla daim əlaqə saxlayırıq, müttəfiqlərimizin Rusiya üzərində qələbə çalana qədər Ukraynaya kömək etməsi üçün əlimizdən gələni edəcəyik".