Kreml: “Qarabağ de-fakto və de-yure Azərbaycan ərazisidir”
- 11-10-2023, 16:40
- 377
Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“De-fakto və de-yure bizim sülhməramlılarımız Azərbaycan ərazisindədirlər, bunu Ermənistanın baş naziri Paşinyan da tanıyır”, - o deyib.
Kremlin sözçüsü bildirib ki, ona görə də Rusiya sülhməramlı kontingentinin mövcudluğu ilə bağlı bütün məsələlər yalnız Azərbaycan tərəfi ilə müzakirə olunacaq.
Mənbə: Lenta.ru