İrandakı səfirliyimizə hücum edənə ölüm cəzası verildi
- 2-10-2023, 10:19
- 431
Bu barədə Azərbaycan Televiziyası (AzTV) məlumat yayıb.
Bildirilib ki, Yasin Hüseynzadə ilə bağlı hökm İranın Ali Məhkəməsi tərəfindən təsdiqlənib.
Qeyd edək ki, 27 yanvar 2023-cü ildə Azərbaycanın Tehrandakı səfirliyinə silahlı basqın nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Bundan sonra ölkəmizin Tehrandakı səfirliyinin fəaliyyəti dayandırılıb.