Qəbələdə minik maşını ilə yük avtomobili toqquşub, ölən var
- 1-10-2023, 14:00
- 590
Məlumatla əlaqədar FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Lada” markalı minik avtomobili və “Qaz” markalı yük avtomobili toqquşub, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.