Türkiyədə helikopter su anbarına DÜŞÜB

Dünya

Türkiyənin İzmir şəhərində meşə yanğınına müdaxilə edən helikopter qəzaya uğrayıb.

Bu barədə TRT kanalı məlumat yayıb.

Helikopter Tahtalı bəndinə çırpılıb. Helikopterdə 4 ekipaj üzvü olub.

Kənd təsərrüfatı və meşə naziri Yumaklı 4 ekipaj üzvündən birinin xilas edildiyini, 3 nəfərin axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.