Paşinyan Dövlət Mühafizə Xidmətinin rəisini işdən çıxardı

Dünya

 
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Dövlət Mühafizə Xidmətinin rəisi Sarkis Ovannisyanı vəzifəsindən azad edib.

Quruma müvəqqəti olaraq rəis müavini Artur Qasparyan başçılıq edəcək.

Xatırladaq ki, S. Ovannisyan bu vəzifəyə bu ilin aprel ayında təyin olunmuşdu.