Çoxdandır üzə çıxmayan generalın fotosu yayıldı
- 4-09-2023, 22:14
- 552
Sobçak şəklə “General Sergey Surovikin üzə çıxdı. O, Moskvada ailəsi ilədir, sağ və salamatdır. Bugünkü foto” deyə yazıb.
Şəkildə ordu generalı beyzbol papağı və gün eynəyi taxıb.
Xatırladaq ki, Surovikin üsyanı dayandırmaq üçün iyunun 24-də “Vaqner” döyüşçülərinə müraciət etdikdən sonra üzə çıxmırdı.
Avqustun sonunda Aerokosmik Qüvvələrin keçmiş baş komandanı, ordu generalı Sergey Surovikin tutduğu vəzifədən azad edilib. Onun vəzifəsinə Rusiya Aerokosmik Qüvvələrinin (VKS) Baş Qərargah rəisi vəzifəsini icra edən general Viktor Əfzalov təyin edilib.
İyul ayında Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov ordu generalı Sergey Surovikinin "istirahət etdiyini və hələ ki, uyğun olmadığını" bildirmişdi.