İrəvanda məhkəmə binasının üzərində Kolumbiya bayrağı qaldırılıb
- 4-09-2023, 17:00
- 446
İrəvanın Şenqavit rayon məhkəməsinin üzərində Kolumbiya bayrağı qaldırılıb.
Bu barədə erməni KİV-ləri məlumat yayıb.
"Yaşasın Venesuela və ya sabah gələcək başqa bir respublika", - deyə erməni siyasətçi Tiqran Petrosyan da feysbuk səhifəsində yazıb.
Qeyd edək ki, Ermənistan bayrağı tərs şəkildə Kolumbiya bayrağına oxşayır. Venesuela bayrağını isə tərs çevrilmiş Ermənistan bayrağından ulduzlarının olması fərqləndirir.