Hesabı ödəməyən turistlərin borcunu Baş nazir ödədi
- 20-08-2023, 17:00
- 503
Xalqxeber.az İtaliyanın ANSA agentliyinə istinadən xəbər verir ki, hadisə Baş nazir Meloninin Albaniyada tətildə olduğu vaxtda baş verib.
İtaliyanın Tirandakı səfirliyindən verilən açıqlamada Meloninin göstərişi ilə Beratdakı restorandan hesabı ödəmədən çıxan italyan turistlərin təxminən 80 avroluq hesabı ödədiyi bildirilib.
“İtalyanlar qaydalara hörmətlə yanaşır və borclarını ödəyirlər. Ümid edirik ki, belə hadisələr bir daha təkrarlanmayacaq”, - açıqlamada qeyd olunub.