Türkiyə yenə şəhid verdi

Dünya

Türkiyə ordusunun İraqın şimalında yaralanan hərbçisi bu gün şəhid olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, iyulun 21-də İraqın şimalında keçirilən “Pençe-Kilit” əməliyyatı zamanı yaralanan çavuş Ege Süleyman Görece xəstəxanada vəfat edib.

Qeyd edək ki, indiyə kimi “Pençe-Kilit” əməliyyatında 6 hərbçi şəhid olub.