Antalya hava limanından iki rekord
- 7-08-2023, 09:00
- 455
Antalya valisi Ersin Yazıcı sosial media hesabında hava limanında olan təyyarə və sərnişinlərin sayını paylaşıb.
Bu həftə hava limanının iki rekordu qırdığını bildirən Yazıcı, aeroportdan 127-si daxili, 1063-ü beynəlxalq aviareys olmaqla, 1190 təyyarənin enib-qalxdığını bildirib.
O, həmçinin hava limanının günlük ən yüksək sərnişin sayına çatdığını da qeyd edib. Yazıcının sözlərinə görə, aeroport 214 min 919 sərnişinə xidmət göstərib ki, onlardan 20 min 795-i daxili, 194 min 124-ü isə beynəlxalq aviareyslərin sərnişinləri olub.