İraqda Telegram bloklanıb
- 6-08-2023, 18:40
- 435
“Telegram-ın bloklanması səlahiyyətli orqanların qərarı əsasında həyata keçirilib. Onlar dəfələrlə rəsmi dövlət qurumlarının məlumatlarının və iraqlıların şəxsi məlumatlarının sızdırılmasına görə məsuliyyət daşıyan platformaların bağlanması məsələsində əməkdaşlıq tələb ediblər”, - İraqın Rabitə Nazirliyinin bəyanatında deyilir.
Ölkə vətəndaşlarının bu qərarı anlayacağına əminlik ifadə olunub.