Türkiyənin dörd limanı dünyanın ən yaxşıları sırasına daxil olub
- 31-07-2023, 07:41
- 335
Məlumata görə, bunlar Ambarlı, Kocaeli, Mersin və Tekirdağ limanlarıdır.
Türkiyə limanları yerli operatorların qəbul etdiyi konteyner sayına görə reytinqdə yer alıb.
2022-ci il üzrə qiymətləndirməyə görə, Ambarlı limanı 74, Kocaeli limanı 89, Mersin limanı 92, Tekirdağ limanı isə 100-cü yerdədir.
Qeyd edək ki, “Lloyd's List”in hesabatı gəmiçilik sənayesi üçün istinad sayılır və obyektiv qiymətləndirilməsi ilə tanınır.
Siyahıda Türkiyə limanlarının yer alması isə ölkədə dənizçilik və logistika sahəsinə qoyulan mühüm investisiyaların, sektorun inkişafının göstəricisi kimi diqqət çəkir.
Mənbə: Haber Global