Türkiyə bu tarixdə İsveçin NATO-ya üzvlüyü ilə bağlı yekun qərar verəcək
- 28-07-2023, 18:27
- 335
Bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə birgə mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, Türkiyə bu məsələ ilə bağlı Macarıstanla koordinasiyalı şəkildə hərəkət edir.
Nazir, əlavə edib ki, NATO-ya üzv olacaq ölkələrin terrorla mübarizə aparmaqları vacibdir. Onun sözlərinə görə, Türkiyə öz tələblərini NATO-nun Vilnüs Zirvəsi çərçivəsində bir daha İsveçə və alyans daxilində tərəfdaşlara çatdırıb və nəticədə Türkiyə Böyük Millət Məclisi oktyabr ayında bu məsələ ilə bağlı yekun qərar qəbul edəcək.