“Sputnik Litva”nın baş redaktoru Latviyanı tərk etdi
- 26-07-2023, 09:58
- 313
Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova “Sputnik” radiosunun efirində deyib.
“Cinayət təqibinin bərpa olunacağından qorxan Marat Kasem fürsətdən istifadə edərək ölkəni tərk etdi”, - o bildirib.
Xatırladaq ki, yanvarın 5-də Kasem Latviya xüsusi xidməti orqanları tərəfindən saxlanılmış və məhkəmə qərarı ilə həbs olunmuşdu. Onun casusluqda və Aİ-nin Rusiya Federasiyasına qarşı iqtisadi sanksiyalarını pozmaqda şübhəli olduğu bildirilirdi. Aprelin 27-də Kasem şərti azadlığa buraxılmışdı.