Fələstin xalqının haqlarını müdafiə etməyə davam edəcəyik - Ərdoğan

Dünya

 Türkiyə Fələstin xalqının haqqlarını müdafiə etməyə davam edəcək.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstin dövlətinin başçısı Mahmud Abbasla Ankarada mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, müstəqil Fələstin dövlətinin qurulması bölgədəki sülhün bərqərar olması üçün şərtdir.

Mahmud Abbas da Türkiyənin bölgədəki rolunun vavcibliyini vurğulayaraq, prezident Ərdoğana ölkəsinin Fələstinə verdiyi dəstəyə görə təşəkkürünü bildirib.