Türkiyə taxıl müqaviləsinin dördtərəfli formatda davam etdirilməsində israrlıdır
- 21-07-2023, 16:26
- 376
Bu barədə Ankaradakı diplomatik mənbə məlumat verib.
“Biz taxıl sövdələşməsinin dördtərəfli formatda davam etdirilməsinin tərəfdarıyıq. Bu baxımdan biz bu istiqamətdə addımlar atmaqda davam edirik”, - deyə mənbə bildirib.
Xatırladaq ki, 2022-ci ilin iyulun 22-də Rusiya və Ukrayna BMT və Türkiyənin vasitəçiliyi ilə Qara Dəniz Taxıl Təşəbbüsü barədə razılıq əldə edib. Saziş bu il iyulun 17-də başa çatıb və Rusiya müqavilədə iştirakını dayandırıb.
Mənbə: TASS