Sevgilisiylə mübahisə edən qız özünü dənizə atdı - VİDEO
- 4-07-2017, 17:07
- 80 097
Hadisə Türkiyənin Antalya şəhərində baş verib.
Belə ki, sevgilisi ilə mübahisə edən 23 yaşlı S.Y. dəniz kənarında spirtli içki içməyə başlayıb. Hadisə yerinə çağırılan xilasedcilər qızı xilas etmək istəsələr də gənc qız onları yaxınına buraxmayıb. 30 metrə hündürlükdən özünü dənizə atan qızı xilasedicilər də tuta bilməyiblər. Xoşbəxtlikdən qayalara çırpılmayan gənc qız birbaşa dənizə düşüb. Xilasedicilər dərhal qızı dənizdən çıxararaq xilas ediblər. Gənc qızın səhhətinin yaxşı olduğu bildirilir.