Tramp 4 gün ərzində həbs oluna bilər

Dünya

 ABŞ-nin keçmiş lideri Donald Tramp Kapitoliyə hücumla bağlı növbəti dörd gün ərzində ittihamlarla üzləşə və həbs oluna bilər.

Bu barədə eks-prezident sosial şəbəkə hesabında yazıb. 

O, prokuror Cek Smit tərəfindən 2020-ci il seçkilərini ləğv etmək cəhdləri ilə bağlı cinayət təhqiqatının hədəfi olduğu barədə məlumat aldığını bildirib.

Tramp qeyd edib ki, ona bu barədə hesabat verməsi üçün 4 gün vaxt verilib. 

Xüsusi prokurorun sözçüsü bu haqda şərh verməkdən imtina edib.