Daha bir rus səfiri öldü

Dünya

Rusiya Hindistandakı səfiri Aleksandr Kadakin Nyu Dehli şəhərində vəfat edib.

Bu barədə informasiyanı Rusiyanın Hindistandakı səfirliyi yayıb. 68 yaşlı səfirin xəstəlikdən öldüyü bildirilib.

Səfirlik diplomatın hansı xəstəlikdən əziyyət çəkdiyini açıqlamayıb.

Qeyd edək ki, Kadakin 2009-cu ildə Rusiyanın Hindistandakı səfiridir.