BMT Baş Assambleyası və TŞ Ukraynaya görə toplanır
- 16-07-2023, 14:20
- 433
İyulun 17-də BMT Təhlükəsizlik Şurası “Ukraynada sülh və təhlükəsizliyin qorunması” mövzusunda nazirlər səviyyəsində iclas keçirəcək.
Həmçinin, çərşənbə axşamı, iyulun 18-də Baş Assambleyanın “Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində vəziyyət” mövzusunda açıq müzakirəsi keçiriləcək.
Hər iki tədbirdə müxtəlif ölkələrdən bir sıra rəsmi şəxslərlə yanaşı, Ukrayna nümayəndə heyəti də iştirak edəcək.