"Putin "Vaqner"i saxlamaq istəyir, lakin Priqojinsiz"
- 15-07-2023, 14:36
- 379
Bu barədə Amerika Müharibənin Öyrənilməsi İnstitutu (ISW) hesabat dərc edib.
Ekspertlər qeyd edirlər ki, Putin iyunun 29-da Priqojin və “Vaqner”in 35 komandiri ilə görüşdüyünü təsdiqləyib. Rusiya Federasiyasının prezidenti iddia edib ki, o, PMC muzdlularına son 16 ayda “Vaqnerilər”ə komandanlıq edən “Sedoy” çağırış nişanlı komandirin komandanlığı altında xidmət etmək imkanı təklif edib.
"Bu, ISW-nin Kremlin "Vaqner"i Priqojindən ayıraraq vahid döyüş qüvvəsi kimi saxlamağa çalışması ilə bağlı əvvəlki qiymətləndirməsini daha da təsdiqləyir", - analitiklər bildirib.