Hakan Fidan ABŞ dövlət katibi ilə NATO sammitində alınan qərarları müzakirə edib
- 14-07-2023, 13:56
- 725
Bu barədə Türkiyənin xarici siyasət qurumundan xəbər verilib.
Bildirilir ki, görüş İndoneziyanın paytaxtı Cakartada Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) himayəsi altında keçirilən tədbirdə baş tutub.
Məlumata görə, türkiyəli nazir və amerikalı həmkarı NATO-nun Vilnüs sammitində qəbul edilmiş qərarları və Əfqanıstanda baş verənləri müzakirə ediblər.
Mənbə: “Anadolu” Agentliyi