Alman polisi dünya liderlərinə hücum hazırlayan şəxsi tutdu

Dünya

Almaniya polisi Rostok şəhərinin 30 yaşlı sakinini saxlayıb

O, Hamburqda keçiriləcək G20 sammiti zamanı silahlı hücumlar planlaşdırmaqda şübhəli bilinib.

Polisin Rostok şəhərində, eləcə də digər ətraf qəsəbələrdə apardığı axtarışlar nəticəsində çoxlu sayda odlu silah, partlayıcı maddələr, kimyəvi vasitələr və soyuq silahlar aşkar edilib.

Qeyd edək ki, G-20 sammiti Hamburqda iyulun 7-8-də keçiriləcək. Zirvə görüşünə ABŞ, Rusiya və Türkiyə prezidentləri də qatılacaq.