Türkiyədə hərbçilər qəzaya düşdü - Bir şəhid, 12 yaralı var

Dünya

Türkiyənin Van bölgəsinin Gürpınar rayonunda hərbçiləri daşıyan avtobus qəza törədib.

Xalqxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində 1 hərbçi şəhid olub, daha 12 əsgər yaralanıb.

Qəza yerinə xilasedicilər və təcili tibbi yardım maşınları cəlb olunub. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.