Rusiya səfirliyinin 40 əməkdaşı Rumıniyanı tərk edib

Dünya

Rusiya səfirliyinin 40 əməkdaşı Rumıniya Xarici İşlər Nazirliyinin verdiyi göstərişdən sonra Kremlin təşkil etdiyi xüsusi reyslə Buxaresti tərk edib.

Bu barədə Xalqxeber.az Rumıniya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

Rumıniya hakimiyyətinin məlumatına görə, təyyarənin göyərtəsində 11 diplomat və Rusiya səfirliyinin 29 texniki və inzibati əməkdaşı olub.

Qeyd edək ki, iyunun 8-də Rusiyanın Buxarestdəki səfiri diplomatik korpusun ştatını 40 nəfər ixtisar etmək qərarı ilə bağlı xəbərdar edilib.