Ukraynada öldürülən Rusiya hərbçilərinin sayı açıqlandı

Dünya

Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 229 660 hərbçisi məhv edilib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bundan əlavə, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 4 052 tank, 7 888 zirehli maşın, 3 557 operativ-taktiki PUA, 4 188 artilleriya sistemi, 390 hava hücumundan müdafiə sistemi, 315 təyyarə, 308 helikopter, 6 816 avtomobil və tanker, 583 xüsusi texnikadan ibarətdir.