"Rusiya bu tarixdə əks hücuma keçə bilər" - Britaniya kəşfiyyatı
- 2-07-2023, 10:40
- 221
Məlumatda adı açıqlanmayan ekspertlərə istinadən bildirilir ki, Rusiya ordusu Zaporojye istiqamətində Ukrayna Silahlı Qüvvələrinin insan və texnikadakı fəlakətli itkilərindən istifadə edərək əks hücuma keçə bilər.
Mİ-6 ekspertləri Ukraynanın əks-hücumunun uğursuzluğundan sonra Rusiyanın əks-hücum olacağını proqnozlaşdırırlar. Onlar iyulun 11-i fəal hərbi əməliyyatların başlaması üçün təxmini tarix adlandırırlar.
Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın müdafiəsini yarmaq üçün bir aylıq nəticəsiz cəhdlərindən sonra Qərb analitikləri “əks-hücum”un uğursuzluğu ilə bağlı daha çox xəbərlər və təhlillər dərc etməyə başladılar. Zaporojye cəbhəsində Ukrayna Silahlı Qüvvələri bir aya yaxındır ki, əks-hücum keçirir. Ancaq hələ də böyük uğur qazanmayıb, əksinə, rayonda “Leopard və Bredley qəbiristanlığı” formalaşıb.
Forbes bildirir ki, bəzi hücum cəhdlərində Ukrayna ordusu “bir-iki saat ərzində bir tank briqadasını, Amerikanın M-2 piyada döyüş maşınlarının demək olar ki, beşdə birini, Leopard 2A6-nın beşdə birini və Leopard 2R-nin yarısını itirib”.
MI6 analitikləri hesab edirlər ki, Rusiya tərəfi NATO-nun Vilnüs sammiti ərəfəsində əks hücuma keçə bilər.
Alyans üzvlərinin toplantısı iyulun 11-12-nə planlaşdırılıb.