Putin Kadırovla görüşdü
- 28-06-2023, 18:46
- 381
Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.
Kadırov bu barədə teleqram kanalında paylaşım edib.
"Görüşümüzdə Çeçenistan Respublikasının sosial-iqtisadi vəziyyəti haqqında məlumat verdim. Biz regionun uzunmüddətli planlarını və əldə etdiyi nailiyyətləri də müzakirə etdik"- deyə Kadırov bildirib.