BƏƏ-də 30 mərtəbəli yaşayış binasında yanğın olub
- 27-06-2023, 10:20
- 221
"Xalqxeber.az" xarici mətbuata istinadən xəbər verir ki, yanğın yerli vaxtla saat 01:30 radələrində 30 mərtəbəli yaşayış binasında baş verib. Sakinlər təxliyə ediliblər.
Yanğın qısa zamanda yayılaraq binanın fasadını qismən sıradan çıxarıb. Ölən və xəsarət alan olmayıb.
Yanğının baş vermə səbəbləri araşdırılır.