Almaniyada ağır yol qəzası, 11 nəfər yanaraq ölüb

Dünya

Bavariyada qəza nəticəsində turistik avtobus yanıb. Xilasetmə xidməti yanan maşından 11 nəfərin meyitini çıxarıb.

Xarici KİV-ə istinadən xəbər veririk ki, Almaniyanın nəqliyyat naziri daha 7 nəfər taleyindən xəbərsiz olduqlarını açıqlayıb. Otuz nəfər yaralı var, onlardan ikisinin vəziyyəti kritikdir.

Qeyd edək ki, qəza bu gün səhər avtobusun yük maşını ilə toqquşması nəticəsində baş verib.