Dünyanın ən məşhur şirkətlərindən biri araq istehsalına başlayır
- 20-06-2023, 08:22
- 625
Bu barədə şirkətin press-relizində bildirilib.
Tənzimləyicilər tərəfindən təsdiq olunarsa, müqavilə 2023-cü ilin ikinci yarısında bağlanacaq.
“Finlandia” Mərkəzi və Şərqi Avropanın aparıcı araq brendidir. Məhsul 1970-ci ildən istehsal olunur və Amerika bazarına çıxan ilk Skandinaviya arağıdır.
İtaliya, Nigeriya, Misir, eləcə də Mərkəzi və Şərqi Avropa ölkələrində içkilər istehsal edən “Coca-Cola HBC” 17 ildən çoxdur ki, brendin distribütorluğu ilə məşğuldur. İndi şirkət araq markasını birdəfəlik almaq qərarına gəlib.
Mənbə: lenta.ru