Kral onu tərifləyən “Al Jazeera”nin jurnalistini cəzalandırdı
- 3-07-2017, 15:11
- 53 710
Rus KİV-nə istnadən xəbər veririk ki, “Al Jazeera” icmalının jurnalisti kral Salman Bin Abdul Əziz Əl Saudun şəninə tərif dolu epitet yazıb. Yazıdan dərhal sonra kral jurnalisti istefaya göndərməyi tələb edib. Bununla kifayətlənməyən Əl Saud “Al Jazeera”ya qarşı iddia qaldırıb.
Bildirilir ki, kralın qəzəbinə səbəb onun allah səviyyəsində təriflənməsi olub. Belə ki, jurnalist öz yazısında Quranda allahın 99 adı arasında yer alan bəzi sözləri işlədib.